Paris qarışdı - maşınlar yandırlır, mağazalar talan edilir

Parisdə talanlar başlayıb

Fransanın paytaxtı Parisdə keçirilən etiraz aksiyaları zamanı naməlum şəxslər üç avtomobili yandırıblar.

AzNews.az “RİA Novosti”yə istinadla xəbər verir ki, yanğın Qambetta prospektində olub, partlayış səsləri eşidilib, avtomobillərdən sıx qara tüstü çıxıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Məlumata görə, hadisədən bir qədər əvvəl buradan “Qlobal təhlükəsizlik haqqında” qanuna qarşı etiraz edənlər keçib.

Yerli mətbuat bildirib ki, Parisdə talanlar başlayıb. Bəzi şəxslər mağazaların şüşələrini, vitrinlərini sındırıblar.

“Polis Parisdə şənbə günü keçirilən etiraz aksiyasında 22 nəfəri saxlayıb”, - bunu isə ölkənin Daxili İşlər Nazirliyinin başçısı Jerald Darmanen bildirib.

O, aksiyanın yatırılmasında iştirak edən polislərə təşəkkür edib. Nazirin sözlərinə görə, orada asayiş keşikçiləri bəzən "çox amansız insanlarla" rastlaşırlar.