Hələlik Ayvazyana qarşı ittiham irəli sürülməyib Hələlik Ayvazyana qarşı ittiham irəli sürülməyib

Ermənistanda keçmiş nazir saxlanıldı

Hələlik Ayvazyana qarşı ittiham irəli sürülməyib

Ermənistanın keçmiş təbiətin mühafizəsi naziri Vardan Ayvazyan saxlanılıb.

AzNews.az xəbər verir ki, bu barədə “News.am”a onun vəkili Miqran Poqosyan bildirib.

O qeyd edib ki, hələlik Ayvazyana qarşı ittiham irəli sürülməyib.

Vəkilin sözlərinə görə, Vardan Ayvazyan noyabrın 9-dan 10-na keçən gecə etiraz aksiyalarının təşkilində şübhəli bilinir.

Daha əvvəl Ermənistan MTN-in sabiq nazir Vardan Ayvazyanın mənzilində axtarış aparması barədə xəbər verilmişdi.