Kreml məlumat yayıb Kreml məlumat yayıb

Putinlə Ərdoğan telefonla danışıblar

Kreml məlumat yayıb

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda atəşkəsə nəzarət və bütün hərbi əməliyyatlara dair Rusiya-Türkiyə Monitorinq Mərkəzinin formalaşdırılmasını müzakirə ediblər.

AzNews.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Məlumatda bildirilir ki, iki lider arasında bu gün telefon danışığı olub.

Qeyd olunur ki, telefon söhbətində Qarabağda atəşkəsə nəzarət və bütün hərbi əməliyyatlara dair Rusiya-Türkiyə Monitorinq Mərkəzinin formalaşmasının bəzi aspektlərinə xüsusi olaraq toxunulub.