- Dünyanın halı
- 18 Yanvar 2021 23:57
- 7 460
Əfqanıstanda terror - ölən və yaralanan var
Hadisəyə görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib
Əfqanıstanda terror aktı törədilib.
AzNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Kabildə, Çar Kala rayonunda qeydə alınıb. Minalanmış avtomobilin partladılması nəticəsində bir nəfər həlak olub, daha bir nəfər yaralanıb.
Hadisəyə görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.