Bu barədə Ağ Evin mətbuat xidməti bildirib Bu barədə Ağ Evin mətbuat xidməti bildirib

Trampla xanımı bu gün Vaşinqtonu tərk edəcək

Bu barədə Ağ Evin mətbuat xidməti bildirib

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp seçilmiş Prezident Cozef Baydenin inauqurasiyası günü Ağ Evi yerli vaxtla səhər saat 08:00-da (Bakı vaxtı ilə saat 17:00-da-red.) tərk edəcək və Floridaya uçacaq.

AzNews.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

“Prezident və birinci xanım Ağ Evi səhər saat 08:00-da tərk edəcəklər və Palm-Biçə (Florida ştatı-red.) yollanacaqlar”, - sənəddə deyilir.

Baydeninin inauqurasiya mərasimi yerli vaxtla saat 12:00-a (Bakı vaxtı ilə saat 21:00-da-red.) planlaşdırılıb.