Toyuqlar və ördəklər baytarlar tərəfindən məhv ediləcək Toyuqlar və ördəklər baytarlar tərəfindən məhv ediləcək

Bu ölkədə quş qripi yayılıb

Toyuqlar və ördəklər baytarlar tərəfindən məhv ediləcək

Çexiyanın paytaxtı Praqa şəhərindən 50 km cənubda yerləşən Beneşov rayonunda quş qripinin yayılması qeydə alıb.

AzNews.az xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Podoli kəndində quş qripi 25 toyuğu öldürüb.

Digər 20 toyuq və altı ördək lazımi epidemiya təhlükəsizlik qaydalarına uyğun olaraq baytarlar tərəfindən məhv ediləcək.