Covid-19-un yeni ştammının əlamətləri uşaqlarda 5 həftə davam edir. Covid-19-un yeni ştammının əlamətləri uşaqlarda 5 həftə davam edir.

İngiltərədə uşaqların da peyvənd olunması tələb olunur

Covid-19-un yeni ştammının əlamətləri uşaqlarda 5 həftə davam edir.

Koronavirusun yeni ştammına yoluxmuş uşaqların 15%-də simptomlar 5 həftədən də çox davam edir.

İngiltərədə aparılan araşdırmalar yeni tip koronavirusa yoluxmuş uşaqların təxminən 15%-ində əlamətlərin 5 həftədən çox davam etdiyini ortaya çıxarıb.

İngilis Milli Statistika İdarəsi tərəfindən testləri pozitiv çıxan, yaşı 16-dan az olan uşaqlar arasında araşdırma aparılıb. Yeni koronavirus növünə yoluxmuş təxminən 500 min uşaqdan 74 mininin xəstəliyin hələ 5-ci həftəsində də virus simptomları daşıdığı məlum olub.

Bu uşaqlarda baş ağrısı, halsızlıq, beynin dumanlanması, əzələ ağrısı, qıcolma və iflic halları müşahidə olunub.

Bundan narahatlıq keçirən mütəxəssislər uşaqları da peyvənd etməyə çağırıblar. Onlar İngiltərə, Şotlandiya və Uelsdə tətillər bitəndə və uşaqlar martda yenidən məktəbə qayıdanda daha önəmli tədbirlərin görülməsinin vacibliyini önə çəkiblər.

Özü uşaq həkimi olan və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) keçmiş direktoru Anthoni Costello Covid-19-un uşaqların yarısı peyvəndlənənə qədər sürətlə yayılmağa davam edə biləcəyi qənaətindədir. O, "Narahatlıq üçün çox əsas var" deyə bildirib.

AzNews.azın Türkiyə mediasından əldə etdiyi xəbərə görə, Costello: "Ölkədə 19 milyon uşaq var. Onların yarısının yoluxmasına imkan versək, bu 9,5 milyon uşaq deməkdir. Bunun 15%-i isə 1,5 milyon uşaq edir”-deyə bildirib.

Prof. Dr. Qabriel Skalli də höküməti 18 yaşınadək uşaqları onların hələ inkişaf etməkdə olan beyinlərini və bədənlərini qorumaq üçün peyvənd etməyə çağırıb.

Nikola Careless adlı ana isə övladının Covid-19-a tutulduqdan sonrakı vəziyyətini anladıb. O, futbol oynayan 12 yaşlı oğlu Maninin 2020-ci ilin sentyabrında kovidlə xəstələndikdən sonra əlil arabasından istifadə etdiyini söyləyib. Başqa bir ana isə beş övladında Covid-19-a yoluxmadan sonra ürək sıxılması, tənəffüs problemi, burun qanaması və ağız xorası görüldüyünü və artıq onların əvvəlki kimi olmadıqlarını söyləyib.

Valideynlər həkimlərin virusla xəstələnmiş uşaqlara diqqət yetirmədiklərindən şikayətləniblər.

AzNews.az