Hələlik BMT əməkdaşlarından heç kim zərər çəkməyib Hələlik BMT əməkdaşlarından heç kim zərər çəkməyib

Nigeriyada BMT bazasına hücum edilib

Hələlik BMT əməkdaşlarından heç kim zərər çəkməyib

İŞİD terror qruplaşmasına bağlı olan silahlılar BMT-nin Nigeriyanın şimal-şərqindəki bazasına hücum ediblər.

Bu barədə güc və humanitar strukturlardakı mənbələrə istinadən “Agence France-Presse” (AFP) bildirib.

Məlumata görə, hadisə Borno ştatının Dikva şəhərində baş verib. Terrorçular bazaya hücüm edərək onu yandırıblar. BMT-nin 25 əməkdaşı bunkerdə gizlənib. Qeyd edilir ki, silahlılar bunkerə girməyə çalışırlar.

Hələlik BMT əməkdaşlarından heç kim zərər çəkməyib.

AzNews.az