Fransada polis zorakılığı və irqçilik Paris sakinlərini küçələrə çıxardı

Nümayiş iştirakçıları "Ədalət yoxdur!" – şüarlarının səsləndirirlər

Fransanın paytaxtı Paris şəhərində polis zorakılığı və irqçiliyə qarşı etiraz aksiyası keçirilir.

AzNews.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi xəbər yayıb.

Kütləvi yürüş Lüksenburq bağından başlayıb. Etirazçılar Sen-Mişel meydanından, Sen-Jermen bulvarından, IV Henrix bulvarından keçib və yeli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 19:00) marşrutun son yerinə - Bastiliya meydanına yaxınlaşıb.

Etirazçılardan ibarət kolonun əvvəlində aksiya iştirakçılarının çıxış etdiyi böyük furqon gedir. Nümayiş iştirakçıları "Ədalət yoxdur!" – şüarlarının səsləndirirlər.

İzdihamın sonunda sənədsiz miqrantların leqallaşdırılması ilə bağlı tələblər irəli sürən etirazçılar gedir. Bundan başqa, təntənəli yürüşdə “sarı jiletlilər” hərəkatının bir neçə üzvü də iştirak edir.

Aksiyanın keçirildiyi ərazilərə çoxlu sayda polis əməkdaşı cəlb edilib.