Xam neft daşıyan ən azı 10 tanker kanalın cənub qapısının qarşısında qalıb Xam neft daşıyan ən azı 10 tanker kanalın cənub qapısının qarşısında qalıb

Süveyş kanalında yük gəmisi ilişdi, hərəkət dayandırıldı

Xam neft daşıyan ən azı 10 tanker kanalın cənub qapısının qarşısında qalıb

Misir hakimiyyəti hazırda Süveyş kanalında ilişərək hərəkət edə bilməyən yük gəmisinin ətrafında keçidin dibini dərinləşdirir.

TASS xəbər verir ki, bu barədə Süveyş su yolu idarəsinin rəsmi nümayəndəsi Corc Safuat bildirib.

Problem tamamilə həll olunana qədər kanal boyunca hərəkət dayandırılıb. Artıq dünən axşam saatlarında ümumilikdə 15 milyon barel xam neft daşıyan ən azı 10 tanker kanalın cənub qapısının qarşısında qalıb.