Hadisəni törədən 19 yaşlı İlnaz Qalyaviyev teleqram kanalında dünyanı insanlardan azad edəcəyini yazıb Hadisəni törədən 19 yaşlı İlnaz Qalyaviyev teleqram kanalında dünyanı insanlardan azad edəcəyini yazıb

Kazandakı məktəbdə həlak olanların sayı 9-a çatıb

Hadisəni törədən 19 yaşlı İlnaz Qalyaviyev teleqram kanalında dünyanı insanlardan azad edəcəyini yazıb

Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərində gimnaziyada baş vermiş atışma nəticəsində həlak olanların sayı 9 nəfərə çatıb, 21 nəfər yaralanıb.

Aznews.az xəbər verir ki, həlak olanların 7 nəfəri uşaq, 2 nəfəri isə müəllimdir. Hadisəni törədən gimnaziyanın məzunu, 19 yaşlı İlnaz Qalyaviyev saxlanılıb. Gimnaziyaya basqın etməmişdən əvvəl o, teleqram kanalı yaradaraq öz şəklini paylaşıb və dünyanı insanlardan azad edəcəyini yazıb.

Hüquq mühafizə orqanlarının məlumatına görə, İ.Qalyaviyevin hadisə zamanı istifadə etdiyi silah rəsmən onun adına qeydiyyatda olub. Mayın 12-də Rusiya Dövlət Duması silah satışı haqqında qanun layihəsini müzakirə edəcək, silah satışına lisenziya verilməsi prosedurana yenidən baxılacaq.