Bu Çində təcili istifadəsinə icazə verilən 6-cı COVID-19 peyvəndidir Bu Çində təcili istifadəsinə icazə verilən 6-cı COVID-19 peyvəndidir

Çində daha bir COVID-19 peyvəndinin təcili istifadəsinə razılıq verilib

Bu Çində təcili istifadəsinə icazə verilən 6-cı COVID-19 peyvəndidir

Çinin dərmanların keyfiyyətinə nəzarət edən müvafiq qurumu COVID-19 virusu əleyhinə daha bir peyvəndin təcili istifadəsinə icazə verib.

Aznews.az xəbər verir ki, Şencen şəhərindəki “Kangtai” şirkətinin hazırladığı inaktiv vaksinin hazırda 3-cü mərhələ kliniki sınaqları aparılır. İndiyədək olan nəticələr peyvəndin təhlükəsiz və effektli olduğunu göstərib.

“Kangtai” şirkəti, bundan başqa, “AstraZeneca” şirkətinin Oksford Universiteti mütəxəssisləri ilə birgə hazırladıqları COVID-19 peyvəndinin Çində istehsalı üzrə eksklüziv hüquqlara malikdir.

Qeyd edək ki, bu, Çində təcili istifadəsinə icazə verilən 6-cı COVID-19 peyvəndidir. Bundan əvvəl Çinin "Sinopharm" şirkətinin 2, "Sinovac" və "CanSino" şirkətlərinin, habelə Çin Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunun bir peyvəndinin təcili istifadəsinə razılıq verilib.