Bunu katoliklərin dini lideri, Roma Papası Fransisk deyib Bunu katoliklərin dini lideri, Roma Papası Fransisk deyib

Roma Papası İsrail və Fələstini atəşkəsə çağırdı

Bunu katoliklərin dini lideri, Roma Papası Fransisk deyib

“Orta Şərqdəki şiddətli silahlı qarşıdurma ölüm və dağıntı spiralına çevrilmə riski ilə üz-üzədir. Bu, dayandırılmalıdır. Uşaqların ölməsi qəbuledilməzdir”.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu katoliklərin dini lideri, Roma Papası Fransisk deyib.

“Bölgədə baş verənləri böyük narahatlıqla izləyirik. İsrail və Qəzza zolağı arasında bu günlərdə baş verən silahlı qarşıdurmada çox sayda insan yaralandı, günahsızlar həyatını itirdi.

Bunların arasında uşaqlar da var və bu, qorxunc, qəbuledilməzdir. Onların ölümü gələcəyin inşa edilməsinin istənilmədiyini, hətta onu məhv etmək istəyinin göstəricisidir”, - dini lider bildirib.