Putinlə Bayden arasında görüş başlayıb

Putin: "Ümid edirəm ki, görüşümüz məhsuldar olacaq"

ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında görüş başlayıb.

AzNews.az xəbər verir ki, məlumatı TASS yayıb.

Vladimir Putin həmkarı ilə görüşün məhsuldar keçəcəyinə ümid etdiyini bildirib: "Bilirəm ki, uzun səfəriniz, çox işiniz olub. Lakin Rusiya-Amerika münasibətlərində yüksək səviyyədə müzakirə olunmağı tələb edən çox sayda məsələlər toplanıb. Ümid edirəm ki, görüşümüz məhsuldar olacaq".

Qeyd edək ki, Rusiya və ABŞ prezidentlərinin görüşü La Qranj villasında keçirilir. Malikanədə liderlərlə birlikdə hər iki ölkənin aparıcı diplomatları Sergey Lavrov və Entoni Blinken, həmçinin tərcüməçilər iştirak edirlər.