Terrorçulara cavab atəşi açılıb Terrorçulara cavab atəşi açılıb

Əfqanıstanla sərhəddə iki pakistanlı hərbçi öldürüldü

Terrorçulara cavab atəşi açılıb

Pakistanın Xayber-Paxtunxva əyalətinin Şimali Vəziristan dairəsində, Əfqanıstanla sərhəddə iki pakistanlı hərbçi terrorçular tərəfindən qətlə yetirilib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, terrorçulara cavab atəşi açılıb.

Terrorçuluq aktı ilə bağlı məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.