Dəyəri 1 milyard dollardan çox olan narkotik tərkibli dərmanların böyük bir qisminin Suriyada istehsal olunduğu müəyyən edilib Dəyəri 1 milyard dollardan çox olan narkotik tərkibli dərmanların böyük bir qisminin Suriyada istehsal olunduğu müəyyən edilib

KİV: "Suriya narkodövlətə çevrilib"

Dəyəri 1 milyard dollardan çox olan narkotik tərkibli dərmanların böyük bir qisminin Suriyada istehsal olunduğu müəyyən edilib

“Bəşşar Əsəd rejimi Suriyanı qanunsuz narkotik maddə istehsal edib satan narkodövlətə çevirib”.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ-ın “New York Times” qəzetinin dərc etdiyi məqalədə bildirilib.

Məlumata görə, son illər Yunanıstan, İtaliya, Səudiyyə Ərəbistanı kimi ölkələrdə ələ keçirilən dəyəri 1 milyard dollardan çox olan narkotik tərkibli dərmanların böyük bir qisminin Suriyada istehsal olunduğu müəyyən edilib.

Suriyadakı vətəndaş müharibəsinin 10 ili arxada qalıb. Bəşşar Əsəd rejimi narkotik maddələri qaçaqmalçılıq yolu ilə Səudiyyə Ərəbistanı başda olmaqla ərəb dövlətlərinə ixrac edir.

Yazıya əsasən, bu qanunsuz fəaliyyətə Bəşşar Əsədin kiçik qardaşı Mahir Əsəd başçılıq edir. Qaçaqmalçılıq Suriya Silahlı Qüvvələri 4-cü zirehli alayı tərəfindən gerçəkləşdirilir.