Polşa Belarusla sərhəddə yeni divar inşa edəcək

“Plana uyğun olaraq Belarusla sərhəd divarının tikintisi sabah başlayacaq"

Polşa – Belarus sərhədində 5 metr hündürlükdə divarın inşaatına yanvarın 25-də başlayacaq.
Aznews.az xəbər verir ki, bu barədə jurnalistlərə Polşa sərhəd xidmətinin sözçüsü Anna Mixalskaya bildirib.

“Plana uyğun olaraq Belarusla sərhəd divarının tikintisi sabah başlayacaq. Hazırlıq işləri artıq görülüb” deyə Mixalskaya vurğulayıb.

Uzunluğu 186 km, hündürlüyü 5.5 metr olan divarın inşası iyulda başa çatmalıdır. Artıq büdcədən 644 milyon zlotı (160 milyon dollar) ayrılıb. Sərhəd xətti müasir kameralarla da təchiz ediləcək.