Bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyi bildirib Bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyi bildirib

Daşkənd metrosunda sərnişinlər təxliyə olunub

Bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyi bildirib

Özbəkistanın bir sıra bölgələrində elektrik enerjisinin kəsilməsi lə əlaqədar Daşkənd metrosunda tunellərdə qalan qatarlardan 415 sərnişin təxliyə olunub.

Bundan əvvəl Energetika Nazirliyi elektrik təminatı şəbəkəsində baş verən nasazlıq nəticəsində saat 11-dən etibarən bir sıra bölgələrdə təchizatda fasilələr yarandığını açıqlayıb. Qəzanın Qazaxıstan ərazisində baş verdiyi, nəticədə həmin ölkənin Almatı, Şımkənd, Təraz, Türküstan əyalətləri və bəzi ətraf bölgələrdə elektrik təchizatının dayandırıldığı deyilib. Özbəkistanın isə Fərqanə vadisi boyu, Daşkənd, Sırdərya, Cızzax, Səmərqənd, Qaşqadərya, Nəvai vilayətlərində eyni hal baş verib.

Qəzanın nəticələrini mərhələli şəkildə aradan qaldərmaq üçün tədbirlər görülür. (report)