Bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir Bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir

Britaniya kəşfiyyatı: Rusiyanın Severodonetski ələ keçirməsi əhəmiyyətli uğurdur

Bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir

Britaniya kəşfiyyatı hesab edir ki, Rusiya ordusu Severodonetski ələ keçirməyə müvəffəq olub, lakin qeyd edir ki, bu, Rusiya Federasiyasının Luqansk və Donetsk vilayətlərinin sərhədlərinə çatmaq üçün bəyan edilmiş hədəfində olan çoxlu vəzifələrdən yalnız biridir.

Aznews.az bildirir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir.

"Rusiyanın şəhəri ələ keçirməsi onun minimum müharibə məqsədləri çərçivəsində əhəmiyyətli bir uğurdur. Bu, mühüm sənaye mərkəzidir və şəhər strateji mövqeyə malikdir. Lakin bu, yalnız bir uğurdur. Bütün Donbasın ələ keçirilməsi üçün Rusiyanın yerinə yetirməli olduğu bir sıra çətin tapşırıqlar, o cümlədən Kramatorska qarşı hücum və Donetskdə əsas təchizat zəncirlərinin saxlanması var”, - Britaniya kəşfiyyatı yazır.

Ukrayna Xəbər Agentliyinin məlumatına görə, ruslar Severodonetski işğal edərək Borovskoye və Sirotinoda möhkəmlənməyə başlayıblar. Severodonetskdə ruslar artıq qondarma “komendant” təyin ediblər və işğal etdikləri şəhərdə yeni qaydalar qururlar.