"Bu təşkilat qlobal birliyə əhəmiyyətli töhfələr verən bir təşkilat deyil" "Bu təşkilat qlobal birliyə əhəmiyyətli töhfələr verən bir təşkilat deyil"

Almaniya kansleri Ərdoğanla görüşdən sonra danışıb: "Qıcıqlandım"

"Bu təşkilat qlobal birliyə əhəmiyyətli töhfələr verən bir təşkilat deyil"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Almaniya kansleri Olaf Şolz ilə görüşüb.

AzNews.az xəbər verir ki, görüşdən sonra Şolz Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına daxil olması ilə bağlı açıqlamalar verib.

Şolz Prezident Ərdoğanın “Şanxay beşliyinə üzv olmaq istəyini dəyərləndirib: "Bu təşkilat qlobal birliyə əhəmiyyətli töhfələr verən bir təşkilat deyil, ona görə də bu məsələ məni çox qıcıqlandırdı".

Şolz həmçinin Rusiyanın Ukraynada ələ keçirdiyi bölgələrdə keçirdiyi hər hansı referendumun etibarlı olmayacağını, Rusiyanın Ukraynanın taxıl daşınmasını dayandırmağa cəhd edə biləcəyini də bildirib. Şolz Almaniya və Türkiyənin bunun qarşısını almağa çalışdığını qeyd edib.

Züriyə Qarayeva