O Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün səylərin davam etdiyini bildirib O Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün səylərin davam etdiyini bildirib

Ərdoğanın vasitəçiliyi ilə 200 hərbi əsir dəyişdirildi

O Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün səylərin davam etdiyini bildirib

Ərdoğan Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə apardığı diplomatik müzakirə nəticəsində Rusiya ilə Ukrayna arasında 200 hərbi əsirin dəyişdirildiyini açıqlayıb.

Prezident Ərdoğan ABŞ-a səfərini dəyərləndirdiyi Nyu Yorkdakı “Türkevi”ndə jurnalistlərə verdiyi müsahibədə Türkiyənin vasitəçiliyi ilə həyata keçirilən əsir mübadiləsinin müharibənin sona çatması istiqamətində mühüm addım olduğunu bildirib.

O Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün səylərin davam etdiyini bildirib. Digər tərəfdən Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın vasitəsi ilə Rusiya qüvvələri tərəfindən əsir götürülən 5 ingilis, 2 amerikalı, 1 isveç, 1 xorvat və 1 mərakeşli döyüşçünün azad edildiyi açıqlanıb.

Züriyə Qarayeva