"Anlaşma memorandumu üçüncü ölkələrin suveren hüquqlarını pozur və qanuna uyğun gəlmir" "Anlaşma memorandumu üçüncü ölkələrin suveren hüquqlarını pozur və qanuna uyğun gəlmir"

Aİ-dən Türkiyə ilə Liviya arasındakı razılaşmaya reaksiya

"Anlaşma memorandumu üçüncü ölkələrin suveren hüquqlarını pozur və qanuna uyğun gəlmir"

Oktyabrın 3-ü Türkiyə ilə Liviya arasında karbohidrogenlər sahəsində anlaşma memorandumu imzalanıb.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Mətbuat konfransı keçirən Çavuşoğlu Yunanıstan başda olmaq üzrə bəzi Avropa İttifaqına üzv ölkələrin bu razılaşmaya müdaxilə edə bilməyəcəyini bildirib.

"Üçüncü ölkələrin iki suveren ölkənin imzaladığı müqaviləyə müdaxilə etmək hüququ yoxdur. Onların nə düşündüyü önəmli deyil. Önəmli olan odur ki, imzaladığımız müqavilələr iki ölkə və xalqı üçün faydalıdır, yoxsa yox? Biz buna baxırıq. İmzaladığımız vaxtdan biz burada qazan-qazan anlayışı ilə qarşılıqlı fayda görürük”, - deyə o qeyd edib.

Bu açıqlamalardan qısa müddət sonra Avropa Komissiyasının Xarici Əlaqələr üzrə sözçüsü Piter Spano açıqlama verib. Spano Avropa Komissiyasının Türkiyə ilə Liviya arasındakı razılaşmanın qanuniliyini qəbul etmədiyini bildirib: “Avropa İttifaqı 2019-cu ildə bu razılaşmaya qarşı mövqeyini açıq şəkildə göstərdi və bu məsələyə yanaşmamız dəyişmədi. Türkiyə ilə Liviya arasında 2019-cu ildə imzalanan anlaşma memorandumu üçüncü ölkələrin suveren hüquqlarını pozur və qanuna uyğun gəlmir. Yeni müqavilənin təfərrüatları hələ açıqlanmayıb, lakin bu məsələ ilə bağlı daha çox məlumata ehtiyacımız var”.

Züriyə Qarayeva