- Dünyanın halı
- 10 Oktyabr 2022 14:06
- 4 702
Ukrayna Prezidenti Qətər Əmiri ilə danışıb

Zelenski bu barədə tviterdə yazıb
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani arasında telefon danışığı olub.
Ukrayna dövlət başçısı bu barədə tviterdə yazıb.
Onlar BMT və digər beynəlxalq platformalarda gələcək birgə addımları müzakirə ediblər.
Zelenski Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə Qətər Əmirinə minnətdarlığını bildirib.