Ukrayna BMT-nin təcili iclasını keçirməyə çağırıb

Ukrayna Rusiyanın hava zərbələrindən sonra BMT-nin təcili iclasını keçirməyə çağırıb.

Aznews.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir zelenski Tvitterdə bildirib.

“Mən BMT-dəki səfirimizi Rusiyanın bugünkü zərbələrindən sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi barədə çağırışımızı çatdırmaq barədə təlimatlandırmışam. Mülki əhalinin öldürülməsi, mülki infrastrukturun dağıdılması terror aktıdır. Ukrayna beynəlxalq ictimaiyyətin bu cinayətlərə qətiyyətli reaksiya verməsini tələb edir” – deyə Zelenski vurğulayıb.