Kanada Çin ilə münasibətlərdə güzəştə getməyəcək

Kanadanın xarici işlər naziri Melani Coli ölkəsinim Hind-Sakit okean strategiyasından danışıb.

AzNews.az xəbər verir ki, o, Kanadanın lazım olduqda Çinlə işləyəcəyini, lakin lazım gəldikdə ona meydan oxuyacağını bildirib.

Nazir qeyd edib ki, Kanada ilə Çin illərlə davam edən diplomatik gərginliyə baxmayaraq böyük ekoloji sammitə birgə ev sahibliyi etməyə hazırlaşır. O Kanadanın millətlərin nüfuz və güc üçün yarışdığı bir bölgədə milli maraqlarını müdafiə edəcəyini deyib.

“Biz Sakit okean ölkəsiyik və orada baş verənlər Kanada üçün vacibdir . Hind-Sakit okeanın gələcəyi bizim gələcəyimizlə bağlıdır”,- deyə o əlavə edib.

M.Coli vurğulayıb ki, Kanada regiondakı müttəfiqləri ilə qarşılıqlı əlaqələrdə insan hüquqlarının qorunmasına qətiyyətlə sadiq qalacaq.

Mövsüm