Stoltenberq: "Rusiyaya yüngül yanaşmaq olmaz"

"Biz Rusiyaya yüngül yanaşmamalıyıq. Rusiya raketləri və pilotsuz təyyarələri Ukrayna şəhərlərinə, mülki əhaliyə və əsas infrastruktura hücum etməkdə davam edir və qış yaxınlaşdıqca böyük humanitar iztirablara səbəb olur".

Aznews.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Berlin Təhlükəsizlik Konfransında çıxış edərkən deyib.

O Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı apardığı müharibənin Avropada sülhü pozduğunu vurğulayıb. Stoltenberq bu müharibənin qlobal təhlükəsizlik üçün uzunmüddətli şok dalğaları yaratdığını bildirib.

Pərvanə