Kirilo Timoşenko Odessada işgüzar səfərdə olub

Ukrayna Prezidenti Volodimir Zelenski və dövlət başçısının aparatının rəhbəri Andrey Yermak adından Prezident Aparatı rəhbərinin müavini Kirilo Timoşenko Odessada işgüzar səfərdə olub.

AzNews.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, o regionda elektrik enerjisinin verilməsinin bərpasının gedişi ilə tanış olub. Kiril Timoşenkonun sözlərinə görə, hazırda enerji infrastrukturu obyektlərində, xüsusən də Rusiya Federasiyasından raket zərbələrinə məruz qalan yarımstansiyalarda təmir işləri aparılır.

Prezident Aparatı rəhbərinin müavini qeyd edib ki, hazırda ən mühüm vəzifə mühüm infrastruktur obyektlərinin və məişət istehlakçılarının elektrik enerjisi ilə təchizatını bərpa etməkdir.

O qeyd edib ki, Rusiyanın Ukraynanın energetika obyektlərinə davamlı raket hücumları ilə əlaqədar bütün ölkə ərazisində fövqəladə dayandırmalar tətbiq olunur. Kirilo Timoşenko vətəndaşları məhdudiyyətlərə anlayışla yanaşmağa çağırıb və əmin edib ki, energetika işçiləri gücü artırmaq və hər bir evə işıq vermək üçün gecə-gündüz işləyirlər.

“Bizim birinci vəzifəmiz fövqəladə söndürmələrdən planlı dayandırmalara keçməkdir ki, hər bir vətəndaş nə vaxt elektrik enerjisinin olmayacağını bilsin. Ümid edirəm ki, yaxın günlərdə belə bir iş rejimini demək olar ki, bütün ölkə ərazisində tətbiq edə biləcəyik. Biz hamımız bunun üzərində işləyirik”, - o vurğulayıb.

Pərvanə