- Dünyanın halı
- 15 Dekabr 2022 11:25
- 3 191
ÜST-nin direktorunun əmisi öldürülüb
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus əmisinin Efiopiyanın Tiqray bölgəsində Eritreya əsgərləri tərəfindən öldürüldüyünü açıqlayıb.
Aznews.az xəbər verir ki, o bu barədə ÜST-nin baş qərargahında Birləşmiş Millətlər Təşkilatının Cenevrə Bürosu (ACANU) yanında Akkreditə olunmuş Mətbuat Məmurları Assosiasiyasının müxbirləri ilə görüşdə danışıb.
Qebreyesus eyni hadisədə daha 50 nəfərin öldüyünü bildirib: "Ümid edirəm ki, sülh razılaşması davam edəcək və bu dəlilik sona çatacaq. Amma bu, mənim üçün çox çətin andır".
Mövsüm