Rişi Sunak: Maaşları artırmaq istərdim, ancaq olmaz

Böyük Britaniyanın Baş naziri Rişi Sunak maaş artımı tələbi ilə tətilə çıxan tibb bacılarının əməkhaqqını qaldıra bilməyəcəklərini bildirib.

AzNews.az xəbər verir ki, o tibb bacılarına maaş artımı etmək istədiyini, lakin pulun səhiyyənin digər sahələrinə verilməli olduğunu deyib.

Baş nazir həmçinin inflyasiyanın qarşısını almaq üçün sabit maaşın daha yaxşı olduğunu və yüksək maaş sövdələşmələrinin hər kəs üçün həyatı çətinləşdirdiyini vurğulayıb.

Qeyd edək ki, ötən ilin dekabr və bu ilin yanvar ayında tibb bacıları aksiya keçirdiyi üçün İngiltərədə minlərlə cərrahiyyə və ambulator müayinələr təxirə salınıb.

Sunak vəzifədə olduğu ilk 100 gün münasibətilə "TalkTV"yə verdiyi müsahibədə tibb bacılarının parkinq haqqı ilə bağlı məsələni nəzərə alacaqlarını, lakin bunun pulsuz olması ilə razılaşmadıqlarını qeyd edib.

Pərvanə