Aleksandr Vuçiç: Serbiya NATO-nun bir hissəsi olmaq niyyətində deyil

Serbiya Avropa İttifaqına daxil olmaq üçün səylərini davam etdirir, lakin NATO-nun bir hissəsi olmaq niyyətində deyil.

Aznews.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç Milli Assambleyanın (ölkə parlamenti) iclasında çıxışı zamanı bildirib.

Vuçiç qeyd edib ki, Serbiyanın müxtəlif bəyanatlara və qiymətləndirmələrə baxmayaraq, məntiqi səbəblərdən heç vaxt NATO-ya daxil olmağı planlaşdırmayıb və gələcəkdə də hərbi neytrallığını qorumaq niyyətində olub.

Mövsüm