- Dünyanın halı
- 28 Fevral 2023 13:59
- 2 909
Co Bayden Şimali İrlandiya Protokolunu dəstəkləyir

ABŞ prezidenti Co Bayden Böyük Britaniya və Avropa İttifaqı (Aİ) arasında yeni Şimali İrlandiya Protokolunu dəstəkləyib və tərəflər arasında imzalanan Vindzor Çərçivə Sazişinin "vacib addım" olduğunu bildirib.
Aznews.az xəbər verir ki, Co Bayden Şimali İrlandiya Protokolu çərçivəsində Böyük Britaniya və Aİ arasında imzalanan Vindzor Çərçivə Razılaşması ilə bağlı yazılı açıqlama verib .
Bugünkü razılaşmanın çətinliklə qazanılmış Belfast Sazişini gücləndirilməsi istiqamətində "vacib addım" olduğunu qeyd edən Bayden, Şimali İrlandiyanın Böyük Britaniya və Aİ bazarlarında yeri ilə bağlı atılan addımların bir hissəsi olaraq liderlərin və rəsmilərin səylərini yüksək qiymətləndirdiyini söyləyib.
Mövsüm