Almaniyada deputatların sayını məhdudlaşdıran qanun dəyişikliyi qəbul edilib

Almaniya Bundestaqında seçki qanununda deputatların sayını məhdudlaşdıran düzəliş qəbul edilib.

Aznews.az xəbər verir ki, Sosial Demokrat Partiyası (SPD), Yaşıllar (Grüne) və Azad Demokrat Partiyasından (FDP) ibarət koalisiya hökuməti tərəfindən Federal Parlamentə qanun layihəsi kimi təqdim edilən qanunvericilik dəyişikliyi deputatların sayının maksimum növbəti seçkilərə görə 630 məhdudlaşdırılmasını nəzərdə tutur.

Dəyişiklik 261 əleyhinə 400 deputatın səsi ilə qəbul edilib. Səsvermədə 23 deputat bitərəf qalıb.

Xristian Birlik Partiyaları (CDU-CSU) və Sol Partiya sərt şəkildə tənqid etdikləri qanun dəyişikliyini Konstitusiya Məhkəməsinə verəcəklərini açıqlayıblar .

Mövsüm