İsveçrə parlamenti silahların Ukraynaya ixracı təklifini rədd edib

İsveçrə parlamenti ölkədə istehsal olunan silahların Ukraynaya təkrar ixracına icazə verilməsi təklifini rədd edib.

Aznews.az xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərə görə, Nümayəndələr Palatasında Ukraynaya silah ixracını təsdiq edən komitənin təklifi 75 əleyhinə 98 səslə rədd edilib.

Nümayəndələr Palatasında ən çox yerə sahib olan İsveçrə Xalq Partiyası bu təklifin əsas əleyhdarlarından biri sayılarkən, İsveçrə Yaşıllar Partiyası da buna qarşı çıxıb.

"Bu təşəbbüsü qəbul etmək neytrallığı pozmuş olar", - İsveçrə Xalq Partiyasından deputat Jan-Lük Addor deyib.

İsveçrə Konfederasiyasının prezidenti Alain Berset Avropa Siyasi Birliyinin (AST) Sammitində iştirak etmək üçün Moldovada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Berset öz Twitter hesabında Zelenski ilə bölgədəki vəziyyət, İsveçrəyə humanitar yardım və yenidənqurma işləri ilə bağlı məhsuldar söhbətlər apardığını bildirib.

Qeyd edək ki, ötən ay Nümayəndələr Palatası İsveçrənin Ukraynaya silah ixracı qaydalarını yumşaltmayacağına qərar verib.

Mövsüm