BMT-nin Baş katibi: Biz çoxqütblü dünyaya doğru irəliləyirik və bu, müsbət haldır

BMT-nin baş katibi Antonio Quterreş Cənubi Afrikanın ev sahibliyi etdiyi 15-ci BRİKS Zirvə toplantısındakı çıxışında 21-ci əsrdə çoxqütblülüyün vacibliyini vurğulayaraq, çoxqütblülüyün güclü və effektiv çoxtərəfli qurumlar tərəfindən dəstəklənməli olduğunu bildirib.

Süni intellektin və parçalanmış qlobal iqtisadiyyat sisteminin olduğu bir dünyanın öhdəsindən gələ bilməyəcəyini bildirən Quterreş, parçalanmış, ciddi böhranların yaşandığı dünyada əməkdaşlıqdan başqa alternativin olmadığını qeyd edib.

Mövsüm

Aznews.az