ABŞ: Şimali Koreya Rusiyaya silah tədarük edəcəyi təqdirdə bunun əvəzini ödəyəcək

Şimali Koreya Rusiyaya silah tədarük edəcəyi təqdirdə “bədəlini ödəyəcək”.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ-nin təhlükəsizlik üzrə milli müşaviri Cek Sullivan, Şimali Koreya ilə Rusiya arasında son zamanlar artan təmaslara görə mətbuat konfransında danışıb.

Sullivan:

“Bunu sizə deyə bilərəm ki, qışa girərkən böyük şəhərlərin taxıl anbarlarını və istilik infrastrukturunu hədəfə almaq, başqa ölkənin suverenlik ərazilərini ələ keçirmək üçün döyüş meydanında istifadə etmək üçün Rusiyaya silah vermək Şimali Koreyaya mənfi təsir edəcək və bunun əvəzini beynəlxalq ictimaiyyətdə onlar ödəyəcəklər",-deyə qeyd edib.

Mövsüm