Ukrayna iki Qərb hərbi şirkətini məhkəməyə verib

Kiyev hakimiyyəti iki Qərb hərbi firmasını avadanlıqların tədarükü şərtlərini yerinə yetirməməkdə və ya ödənilən vəsaiti qaytarmaqdan imtina etməkdə ittiham edərək məhkəməyə verib.

Aznews.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.

İki Avropa şirkətinin “malları çatdırmadığı və avansı geri qaytarmadığı” aydınlaşdırılır.

Ukrayna Müdafiə Nazirliyi bütün imzalanmış hərbi müqavilələrin yalnız 11%-nin xarici təchizatçılarla olduğunu və "onlardan yalnız bir neçəsinin öhdəliklərini tam şəkildə yerinə yetirməkdə çətinlik çəkdiyini" bildirib.

Nazirlik hərbi vəziyyət şəraitində həssas hərbi məlumatların qorunmasını əsas gətirərək şirkətlərin adlarını açıqlamaqdan və müqavilə məlumatlarını verməkdən imtina edib.

Mövsüm