Fələstin-İsrail münaqişəsi dini müharibəyə çevrilə bilər

Fələstin və İsrail arasındakı münaqişə çox təhlükəlidir, çünki o, dini müharibəyə çevrilə bilər.

Aznews.az xəbər verir ki, bu barədə Fələstinin Moskvadakı səfiri Abdel Hafiz Nofəl qeyd edib.

“Biz hesab edirik ki, Fələstin ətrafında vəziyyət Ukrayna ətrafında olduğundan daha təhlükəlidir, çünki beynəlxalq ictimaiyyət İsrailin siyasətini dayandırmaq üçün heç nə etməsə, iki dövlət prinsipində israr etməsə, bu, dini müharibəyə çevrilə bilər və heç kim buna hazır deyil",-deyə səfir qeyd edib.

Abdel Hafiz Nofəl: "Fələstin prezidenti Mahmud Abbas Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında dediyi kimi, bir dəfə dini müharibə başlasa, heç kim onu ​​dayandıra bilməyəcək”,-deyə Fələstin prezidentindən sitat gətirib.

Fələstinli diplomatın sözlərinə görə, belə bir ssenari təkcə fələstinlilər və israillilər üçün deyil, həm də bütün dünya üçün təhlükəli olacaq. O vurğulayıb ki, Fələstin ətrafında hazırkı vəziyyət son dərəcə gərgindir. "Və biz hesab edirik ki, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq üzrə sülh konfransı çağırmasının vaxtı çatıb ki, o, regionda davamlı sülhün bərqərar olmasına kömək edə bilsin", - o əlavə edib.

Qeyd edək ki, Fələstin lideri Mahmud Abbas Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 78-ci sessiyasında çıxış edərək, Fələstin probleminin BMT qətnamələri əsasında həlli üçün bütün maraqlı tərəflərin iştirakı ilə Yaxın Şərq üzrə sülh konfransı təşkil etməyə çağırıb.

Mövsüm