- Dünyanın halı
- 29 Sentyabr 2023 16:50
- 3 578
Mərakeşdə zəlzələ qurbanlarına yardım tədbirləri davam edir
Mərakeşdə 3 minə yaxın insanın həyatını itirdiyi zəlzələdən sonra qeyri-hökumət təşkilatları ilə yanaşı dövlət qurumları da yaralarını sarmaq üçün işə başlayıb.
Rəsmi açıqlamalara görə, episentri Mərakeşin El-Huz bölgəsində sentyabrın 8-nə keçən gecə baş verən 7 bal gücündə zəlzələ nəticəsində təxminən 60 min ev qismən və ya tamamilə dağılıb.
Bölgədəki əhalinin üçdə ikisinə bərabər olan 2,8 milyon insan zəlzələdən zərər çəkib.
Zəlzələdən zərər çəkənlər düşərgələrdəki çətin həyat şəraitinə alışmağa çalışarkən, yardım və dəstək tədbirləri davam edir.
Mövsüm
Aznews.az