Braziliya prezidenti Latın Amerikasında müharibənin qarşısını almağa çağırıb

Braziliya prezidenti Luiz İnasio Lula da Sila Latın Amerikasında müharibənin qarşısını almağa çağırıb.

Aznews.az xəbər verir ki, bu barədə Braziliyanın "Globo" televiziyası məlumat yayıb.

Siyasətçinin sözlərinə görə, o, Qayananın Venesuela ilə mübahisə obyekti olan Essequibo bölgəsində vəziyyəti izləyir. Merkosur ölkələrinin - Argentina, Braziliya, Paraqvay, Uruqvay və Venesuelanın yaratdığı blokun dövlət başçılarının Rio-de-Janeyroda keçirilən 63-cü sammitinin açılışı zamanı o, ölkə nümayəndələrini məsələ ilə bağlı bəyanatlar verməyə çağırıb.

“Bizim Cənubi Amerikada istəmədiyimiz şey müharibədir. Bizə müharibə lazım deyil”, - deyə o vurğulayıb.

Mövsüm