Ukraynada rus dili hüququnu məhdudlaşdıran qanun qəbul edilib

Ukrayna parlamenti ölkədə rus dilinin istifadəsinə məhdudiyyətləri sərtləşdirən milli azlıqlar haqqında qanun layihəsini qəbul edib.

Bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak məlumat verib.

Bu qanun layihəsi Avropa Komissiyasının (AK) tələblərini yerinə yetirmək məqsədi daşıyır.

“Avropa Şurası və onun orqanlarının müəyyən sahələrdə milli azlıqların hüquqları ilə bağlı ekspert qiymətləndirməsini nəzərə alan qanun layihəsi qəbul edilib. Həmçinin, tələb Avropa Komissiyası tərəfindən dəqiqləşdirilib və gələcək Avropa inteqrasiyası üçün vacibdir”, Jeleznyak qeyd edib.

Mövsüm

Aznews.az