Aİ Ukraynaya hərbi əməkdaşlıqla təhlükəsizlik zəmanəti təklif edib

Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi əməkdaşlıq və dezinformasiya ilə mübarizəni əhatə edən təhlükəsizlik zəmanətləri təklif edib.

Bunu Aİ-nin yüksək rütbəli nümayəndəsi icma ölkələrinin xarici işlər nazirlərinin dekabrın 11-də baş tutacaq görüşündən əvvəl deyib.

“Biz ukraynalılara “Təhlükəsizlik Zəmanətləri” adlı və hərbi komponenti olan paket təklif etdik. Bu, hərbi materiallar üzrə əməkdaşlıqdır - bizim Ukrayna ordusuna töhfəmizdir. İkincisi, bu, Ukrayna əsgərləri üçün təlimdir”, - deyə rəsmi qeyd edib.

Həmçinin qeyd edilib ki, icma Ukraynanın müdafiə sənayesini Avropaya daha necə inteqrasiya etmək barədə düşünmək niyyətindədir. Üstəlik, dezinformasiya ilə mübarizəyə kömək etmək və kibertəhlükəsizlik yardımı göstərmək “bütün paketin bir hissəsidir”.

Mövsüm

Aznews.az