- Dünyanın halı
- 23 Yanvar 2024 13:01
- 3 362
NATO Ukrayna üçün sursat istehsalına 1,2 milyard dollar vəsait ayıracaq
NATO Ukraynaya dəstək məqsədilə artilleriya sursatlarının istehsalına 1,2 milyard dollar sərmayə qoyur.
Bu barədə alyansın baş katibi Yens Stoltenberq alyansın Brüsseldəki mənzil-qərargahında keçirdiyi brifinqdə bildirib.
"Biz indicə yüz minlərlə 155 mm-lik sursat almaq üçün 1,2 milyard dollardan çox müqavilə imzaladıq",-deyə baş katib qeyd edib.
Onun sözlərinə görə, Ukraynadakı münaqişə döyüş sursatı uğrunda döyüşə çevrilib, müttəfiqlərin Kiyevə dəstəyi davam etdirərkən öz təchizatını artıra bilmələri vacibdir.
Mövsüm
Aznews.az