- Dünyanın halı
- 29 Yanvar 2024 13:37
- 3 100
Media Çin hərbi gəmilərinin Tayvan sahillərinə yerləşdirilməsi barədə məlumat yayıb
Çin Tayvan ətrafında daimi olaraq dörd döyüş gəmisi yerləşdirib.
Bu barədə Yaponiyanın “Yomiuri” qəzeti məlumat yayıb.
İddia olunur ki, bu yolla ÇXR adaya təzyiq göstərməklə yanaşı, regionda münaqişə yaranacağı təqdirdə ABŞ gəmilərinin yaxınlaşmasının qarşısını almağı planlaşdırır.
Nəşrin təqdim etdiyi xəritəyə əsasən, gəmilər Tayvanı şimaldan, cənubdan və şərqdən əhatə edir. Eyni zamanda, bir gəmi Yaponiyanın öz ərazisi hesab etdiyi Şərqi Çin dənizindəki mübahisəli Senkaku (Diaoyu) adalarının şimal-qərbində daim yerləşdirilib.
Mövsüm
Aznews.az