ABŞ Tayvana nümayəndə heyəti göndərməyi planlaşdırır

ABŞ Nümayəndələr Palatasının Çin Kommunist Partiyası üzrə Seçmə Komitəsinin sədri Mayk Qallagerin də daxil olduğu ABŞ nümayəndə heyəti fevralın 21-də Tayvana səfər etməyi planlaşdırır.

"Financial Times" qəzeti bu barədə məlumat yayıb.

Qəzetin yazdığına görə, Tayvan rəsmiləri Qallagerin yeddi qanunvericidən ibarət nümayəndə heyətinə rəhbərlik edəcəyini gözləyirlər.

Səfər çərçivəsində Qallagerin adanın yeni prezidenti Lai Qinqde ilə görüşü gözlənilir.

Mövsüm

Aznews.az