Demçenko: Polşa ilə sərhəddəki iki keçid məntəqəsində vəziyyət kritikləşib

Polşa ilə sərhəddə polşalı fermerlər tərəfindən bloklanan altı buraxılış məntəqəsində (keçid məntəqəsində) təxminən 2,1 min yük maşını toplanıb. Onlardan ikisində vəziyyət kritikdir.

Bu barədə Rada telekanalının efirində Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko məlumat verib.

“Polşa fermerləri altı keçid məntəqəsində yük maşınlarının hərəkətini əngəlləməyə davam edirlər. Ümumilikdə 2100-ə yaxın yük maşını növbə gözləyir. Biz iki sahədə kritik aşağı göstəriciləri qeydə alırıq",-deyə Demçenko qeyd edib.

Mövsüm

Aznews.az