- Dünyanın halı
- 27 Fevral 2024 19:04
- 3 628
Husilər Qırmızı dənizdə sualtı kabel təxribatı ilə bağlı iddiaları rədd edir

Yəmənin Ənsar Allah üsyançı hərəkatından olan husilər Qırmızı dənizin dibi ilə keçən sualtı rabitə kabelləri sisteminə ziyan vurduqlarını inkar ediblər.
İsrailin “Globes” qəzeti daha əvvəl xəbər vermişdi ki, husilər Qırmızı dənizdə Avropa, Asiya və Afrikanı birləşdirən telekommunikasiya infrastrukturunun bir hissəsi olan dörd sualtı kabeli zədələyiblər.
Qəzet əlavə edib ki, zədələnmiş kabellərin bərpası ən azı iki ay çəkəcək.
Mövsüm
Aznews.az