- Dünyanın halı
- 28 Fevral 2024 15:42
- 3 063
Edi Rama: Mark Rutte 100% bizim namizədimizdir

Albaniya NATO-nun yeni baş katibi vəzifəsinə Niderlandın baş naziri Mark Ruttenin namizədliyini dəstəkləməyi planlaşdırır.
Baş nazir Edi Rama bu barədə "Euractiv" portalına müsahibəsində danışıb.
“Rutte NATO-ya qoşularsa, bu, alyans üçün əla xəbər olacaq. O, 100% bizim namizədimizdir. Mark Rutte-də NATO-da çox təcrübəli siyasətçi və çətin situasiyaların öhdəsindən gəlməyi bilən və kompromis əldə etmək qabiliyyətini sübut edən əsl lider olacaq”, - Rama bildirib.
Albaniyanın baş naziri həmçinin hesab edir ki, Rutte ABŞ-də və əksinə Avropanın səsinə çevrilə bilər, xüsusən də Donald Tramp 2024-cü ildə ABŞ prezident seçkilərində qalib gələrsə. Rama əlavə edib ki, o, Ruttenin Amerika prezidentləri ilə danışıqlar aparmaq üçün ideal şəxs olduğuna tam əmindir.
Mövsüm
Aznews.az