Latviya Ukraynaya qoşun yeritmək məsələsini nəzərdən keçirməyə hazır olduğunu açıqlayıb

NATO-da belə bir konsensus yaranarsa, Latviya Qərb qoşunlarının Ukraynaya göndərilməsi məsələsini nəzərdən keçirməyə hazırdır.

Bu barədə Latviya Müdafiə Nazirliyinin nümayəndəsi məlumat verib.

“Latviya Ukraynaya dəstəyi gücləndirmək üçün bir çox müxtəlif variantları nəzərdən keçirməkdə davam edir. Əgər NATO müttəfiqləri arasında Ukraynaya qoşun göndərmək barədə razılıq əldə olunarsa, Latviya iştirak imkanlarını nəzərdən keçirəcək”, - Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

O əlavə edib ki, Latviyada belə bir fürsətə fundamental mənfi münasibət yoxdur.

Mövsüm

Aznews.az