İsrail hərbi birləşmələrini Qəzzadan çıxarıb

İsrail ordusu Qəzzaya hücumlardan sonra bir briqadadan başqa bütün quru qoşunlarını geri çəkib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bununla belə, Qəzzanın mərkəzi hissəsində yerləşən Nahal adlı briqada yenə də bölgədə qalacaq.

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza ətrafında yeni təhlükəsizlik zonaları yaradaraq yenidən təşkil edilib və diqqəti kəşfiyyata əsaslanan hücumlara yönəldəcək.

Əsgərlərin geri çəkilməsinin siyasi təzyiqlə bağlı olmadığı bildirilir.

Mövsüm

Aznews.az