Qəzzada ölənlərin sayı 33 min 843-ə yüksəlib

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 33 min 843-ə yüksəlib.

Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 193 gündür hücumları ilə bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 46 fələstinlinin həyatını itirdiyi, 110 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 33 min 843-ə, yaralıların sayının isə 76 min 575-ə yüksəldiyi bildirilib.

Açıqlamada dağıntılar altında və yol kənarında ölənlərin olduğu da bir daha vurğulanıb, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətliləri cəsədlərə çata bilməyib.

Mövsüm

Aznews.az